Elm və Təhsil Nazirliyinin dəstəyi, "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17-19 noyabr 2025-ci ildə keçirilmiş Beynəlxalq STEAM Azərbaycan Festivalının Deep Dive (Sualtı dron) yarış kateqoriyası üzrə I və II yerə layiq görülən komandalar arasında əlavə olaraq layihə dəyərləndirmələri, seçim və qiymətləndirmə prosesi aparılmışdır. Nəticə olaraq iştirakçılar arasından seçilən 4 nəfər "STEAM Azərbaycan" layihəsinin Tədqiqat və İnkişaf Mərkəzinin laboratoriyasında tədqiqat aparmaq hüququ qazanmışdır. Qeyd edək ki, Deep Dive (Sualtı dron) yarış kateqoriyası çərçivəsində şagirdlər ROV (Remotely Operated Vehicle – məsafədən idarə olunan sualtı aparat) və AUV (Autonomous Underwater Vehicle – avtonom sualtı aparat) tipli sualtı robotlar hazırlayaraq sualtı boru xətlərinin analizi və sualtı təmizləmə missiyalarını uğurla icra etmişlər. Seçilmiş iştirakçılar hazırda sualtı dron sistemləri üzrə tədqiqat fəaliyyətlərinə cəlb olunmuşdur. Aparılan araşdırmalar aşağıdakı istiqamətləri əhatə edir: •ROV və AUV sistemlərinin elektronikası; •Avtonom hərəkət və idarəetmə sistemləri; •Mexaniki quruluş və sənaye dizaynı. Bu fəaliyyətlərin əsas məqsədi gənc tədqiqatçıların real mühəndislik mühiti ilə tanış olması, elmi-tətbiqi bacarıqlarının inkişaf etdirilməsi və gələcək texnoloji layihələrdə iştirak üçün onların texniki bilik və potensialının artırılmasıdır.
Tədqiqat və İnkişaf cəlb olunan məktəblilər