STEAM İnnovasiya Mərkəzində bir sıra məktəblərin rəhbərləri ilə görüş təşkil olunub. Görüş çərçivəsində qonaqlara mərkəzin fəaliyyəti, STEAM Azərbaycanın həyata keçirdiyi layihələr və şagirdlər üçün yaradılmış innovativ tədris mühiti haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mərkəzdə təşkil olunan ekskursiya proqramı təqdim edilib, eksponat otaqları və texnoloji avadanlıqlarla yaxından tanışlıq imkanı yaradılıb. Görüşün məqsədi məktəblilərdə STEAM İnnovasiya Mərkəzinə marağın gücləndirilməsi və şagirdlərin STEAM istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək göstərməkdir.
Qalereya