ACA Cube Fest Baku 2026 gəlir!
Kub həvəskarlarını bir araya gətirəcək ən enerjili və həyəcan dolu festivalda sən də yerini tut!
Bu il ACA Cube Fest Baku 2026, STEAM Azerbaijan-ın təşkilati dəstəyilə keçiriləcək və iştirakçıları sürət, rəqabət, yeni dostluqlar və unudulmaz anlarla dolu iki gün gözləyir.
İstər ilk yarışın olsun, istərsə də təcrübəli kubçu ol - bu festival öz bacarıqlarını nümayiş etdirmək, yeni dostlar qazanmaq və kub dünyasının bir parçası olmaq üçün əla fürsətdir!